04/02/2021
15:25
727
| A A A
Türkiyə klubunda 4 yeni transfer

Türkiyənin Erzurumspor klubu heyətini yeni futbolçularla gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi ukraynalı müdafiəçi Boqdan Butko, mərakeşli müdafiəçi Zəkəriyyə Berqdişi, qanalı yarımmüdafiəçi Yav Akkahı və türkiyəli yarımmüdafiəçi Rahman Buğra Çağıranı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin onlarla imzalanan müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Butko Shakhtar Donetsk-dan transfer edilib. Berqdiş Denizlispor-dan, Akkah Kayserispor-dan, Çağıran isə Samsunspor-dan gəlib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs