09/02/2021
13:23
982
| A A A
Galatasaray-ın futbolçusunda koronavirus aşkarlandı

Galatasaray-da koronavirusa yeni yoluxma qeydə alınıb.

Goal.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə İstanbul təmsilçisinin bir futbolçusunda infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb. Onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, Galatasaray fevralın 10-da Türkiyə kubokunun 1/4 final mərhələsində Alanyaspor-u qəbul edəcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs