Arda Turan cəzalandırıldı
Türkiyə Futbol Federasiyası Galatasaray klubunun futbolçusu Arda Turanı cəzalandırıb.
Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
Buna təcrübəli oyunçunun Fenerbahçe ilə Superliqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Qeyd edək ki, Ülker stadionunda keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR