Trabzonspor-da koronavirusa yoluxanların sayı artır
Trabzonspor-da koronavirusa yeni yoluxma halları aşkarlanıb.
Goal.az xəbər verir ki, son testlərin ardından daha iki futbolçunun analiz nəticəsi müsbət çıxıb.
Bununla da komandada xəstə oyunçuların sayı 6-ya çatıb. Futbolçularla yanaşı, klubun 1 əməkdaşının da infeksiyaya yoluxduğu bildirilib.
Qeyd edək ki, Trabzonspor fevralın 19-da Superliqanın XXVI turunda Başakşehir-lə qarşılaşacaq.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR