20/02/2021
13:22
537
| A A A
Trabzonspor-un futbolçusu tarixə keçdi

Trabzonspor-un qapıçısı Kağan Moradaoğlu Türkiyə Super Liqasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, 18 yaşlı qolkiper buna Super Liqanın 26-cı turu çərçivəsində Başakşehir-lə oyunda meydana çıxmaqla nail olub.

Belə ki, son çempionla matçdan öncə Trabzonspor əsas qapıçılarının hər üçünü - Uğurcan Çakır, Erce Kardeşler və Arda Akbulutu itirib. Böyük ehtimalla onların hər üçü koronavirusdan əziyyət çəkir. Məsələ burasındadır ki, son günlərdə Trabzon klubunda 7 futbolçuda koronavirus aşkarlanıb.

Belə olan halda məşqçilər korpusu qapını gənc qapıçı Kağan Moradaoğluna tapşırmaq məcburiyyətində qalıb. Bununla da o, Super Liqada meydana çıxan ən gənc (18 yaş 40 gün) qapıçıya çevrilib. Kağan həm də Trabzonspor-da bu mövsüm meydana çıxan ən gənc futbolçu olub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs