Özilin durumuna aydınlıq gəldi
Fenerbahçe-nin yarımmüdafiəçisi Mesut Özilin zədələndiyini xəbər vermişdik.
Goal.az xəbər verir ki, Antalyaspor-la oyunda (1:1) sıradan çıxan futbolçunun vəziyyətinə aydınlıq gəlib.
Ətraflı müayinədən keçirilən 32 yaşlı futbolçunun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Mesut Özilin zədə səbəbindən Fenerbahçe-nin qarşıdakı beş oyununda forma geyinməyəcəyi dəqiqləşib. Belə ki, təcrübəli oyunçu Konyaspor, Beşiktaş və Malatyaspor-la səfər, Genclerbirliğivə Denizlispor-la ev oyunlarını buraxacaq.
Qeyd edək ki, bu qış Arsenal-dan Fenerbahçe gələn Mesut, İstanbul klubunda indiyə qədər 6 matça çıxıb.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA