Fatih Terim və köməkçisi cəzalandırıldı
Galatasarayı-ın baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.
Goal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13 000 türk lirəsi (2 775 manat) məbləğində cərimələnib.
Onlar Superliqada XXXI turun Rizespor-a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala Hatayspor və Fatih Karagümrük-lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək. (report)
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND