Löv Türkiyə nəhəngini çalışdıra bilər
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Türkiyədə çalışa bilər.
Goal.az xəbər verir ki, Fenerbahçe alman mütəxəssislə maraqlanır. Bu barədə Bild nəşri məlumat yayıb. Xəbərdə, Lövün Almaniya yığmasındakı işindən ayrılandan sonra Fenerbahçe-yə baş məşqçi təyin oluna biləcəyi qeyd olunub.
Löv AÇ-2020-dən sonra Almaniya yığmasındakı baş məşqçi postundan ayrılacağını açıqlayıb. 61 yaşlı mütəxəssis daha əvvəl – 1998/99 mövsümündə də Fenerbahçe-ni çalışdırıb.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND