30/03/2021
12:27
671
| A A A
Beşiktaş-da koronavirus şoku

Beşiktaş-nın iki futbolçusunda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandaya dəvət alan iki futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Bu barədə Türkiyə millisindən Beşiktaş-a məlumat daxil olub. Həmin oyunçuların adları açıqlanmayıb.

Beşiktaş daha bir futbolçusunu itirib. Bosniya və Herseqovinanın U-21 yığmasına dəvət olunmuş Aydin Hasiç, Monteneqronun gənclərdən ibarət yığması ilə oyunda ciddi zədə alıb. 19 yaşlı futbolçunun zədəsi ağır olduğundan meydanı xərəkdə tərk edib. Onun vəziyyətinə ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcəyi bildirilir.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs