Türkiyə klubunda koronavirus şoku
Türkiyənin Rizespor klubunda bir futbolçu koronavirusa yoluxub.
Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə COVİD-19 testi pozitiv çıxan futbolçunun kimliyi açıqlanmasa da, onun karantinə alındığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Rizespor bu mövsüm Super Liqada keçirdiyi 29 oyuna topladığı 34 xalla 21 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND