02/04/2021
10:47
652
| A A A
Beşiktaş-da ciddi itki

Beşiktaş klubu ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamerunlu hücumçu millinin düşərgəsindən zədəli qayıdıb və buna börə bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Müalicəsinə start verilən futbolçunun bərpa müddəti açıqlanmayıb.

Qeyd edək ki, Vensan Abubakar bu mövsüm Super Liqada 25 oyuna çıxıb, 15 qola imza atıb və 5 məhsuldar ötürmə müəllifi olub.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15551 səs