17/08/2021
11:46
5379
| A A A
Galatasaray-ın iki futbolçusu oyun zamanı dalaşdı — VİDEO

Türkiyə Super Liqasının ilk turu çərçivəsində keçirilmiş Giresunspor – Galatasaray matçında (0:2) xoşagəlməz anlar yaşanıb.

Goal.az xəbər verir ki, matçın ikinci hissəsində Galatasaray-ın iki futbolçusu – Markao və Kerem Aktürkoğlu dalaşıb.

Mübahisədən sonra braziliyalı futbolçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub. Hadisənin dəqiq səbəbi bilinmir.