09/09/2021
19:25
2422
| A A A
Galatasaray-da ciddi itki

Galatasaray ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisinin futbolçusu Barış Alper Yılmaz sıradan çıxıb. Barışın əməliyyat olunacağı bildirilib. 21 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Barış bu yay Ankara Keçiörengücü-dən Galatasaray-a keçib. O, İstanbul təmsilçisi ilə 4 oyuna çıxıb.