20/09/2021
14:58
1149
| A A A
Bursaspor-da yeni baş məşqçi

Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” komandasının yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, Bursa təmsilçisinin “sükan”ı Tamer Tunaya tapşırılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 45 yaşlı mütəxəssislə yaxın zamanda rəsmi müqavilə imzalanacağı bildirilib.

“Bursaspor”da dünən baş məşqçi Fatih Təkkə istefaya göndərilib.

“Bursaspor” 1-ci liqada 6 turdan sonra 15-ci sıradadır.

Namik Türkiyə klubu ilə 3 oyunda 2 məhsuldar ötürmə edib.