03/10/2021
19:30
1815
| A A A
Emre Belözoğlunun yeni klubu bilindi

Başakşehir-in baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq. Sabah gənc mütəxəssisin təqdimat mərasimi keçiriləcək. O, bu vəzifədə ötən gün istefaya göndərilən Aykut Kocamanı əvəzləyib.

Qeyd edək ki, bu, Emrenin baş məşqçi kimi çalışacağı ikinci klubdur. Türkiyə millisinin sabiq üzvü bundan əvvəl Fenerbahçe-nin baş məşqçisi olub.