08/10/2021
14:34
588
| A A A
Türkiyə klubunda yeni baş məşqçi

Yeni Malatyaspor-un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Superliqa təmsilçisini Marius Sumudika çalışdıracaq. 50 yaşlı mütəxəssislə bu mövsümün sonunadək müqavilə imzalanıb.

Əlavə edək ki, Sumudika karyerası ərzində Türkiyədə Gaziantep, Kayserispor, Rizespor kimi komandaları da çalışdırıb.

Qeyd edək ki, Yeni Malatyaspor-un son baş məşqçisi İrfan Buzla olub.