Trabzonspor-da koronavirus şoku
Trabzonspor-da iki futbolçu koronavirusa yoluxub.
Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ölkə çempionatının 21-ci turu çərçivəsində baş tutacaq Sivasspor-la səfər oyunundan öncə Trabzon təmsilçisinin bütün üzvlərindən COVİD-19 testi götürülüb. Testlərdən ikisinin pozitiv çıxdığı bildirilir. Onların hər ikisi futbolçudur. Adları açıqlanmayan oyunçular karantinə alınıblar və Sivasa aparılmayacaqlar.
Qeyd edək ki, Sivasspor – Trabzonspor oyunu yanvarın 15-də keçiriləcək. Trabzon təmsilçisi 20 oyuna topladığı 49 xalla turnir cədvəlinə başçılıq edir.