15/01/2022
10:45
1247
| A A A
Galatasaray-ın yeni baş məşqçisi bilindi - RƏSMİ

Galatasaray-ın yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Domenek Torren çalışdıracaq.

İspaniyalı mütəxəssis, həmçinin onun köməkçiləri ilə müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Torren son olaraq Flamengo-nun baş məşqçisi olub. 59 yaşlı mütəxəssis Barcelona, Bayern Münich və Manchester City kimi klublarda Posep Qvardiolanın köməkçisi kimi də çalışıb.