23/01/2022
18:56
1162
| A A A
Fenerbahçe-də ciddi itki

Fenerbahçe ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Filip Novak sıradan çıxıb.

Super Liqanın 23-cü turunun Sivasspor-la səfər matçında zədələnən Novakın son durumu tibbi müayinədən sonra bilinəcək. Fenerbahçe-nin baş məşqçisi İsmayıl Kartal oyundan sonra verdiyi açıqlamada Novakın zədəsinin ciddi olduğunu söyləyib.

Qeyd edək ki, Sivasspor – Fenerbahçe matçı 1:1 hesabıyla bitib.