Türkiyə klubunda baş məşqçi ayrılığı
Altay baş məşqçi Sərkan Özbalta ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib.
Özbalta yanvarın 27-də komandanın baş məşqçisi təyin olunmuşdu.
30 turdan sonra 29 xal toplayan Altay Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsindədir.