Galatasaray-ın futbolçusu millidə zədələndi
Galatasaray-ın futbolçusu Sofian Fequli zədələnib.
Goal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Əlcəzayir millisinin heyətində Kamerunla qarşılaşmada sıradan çıxıb.
Qeyd edək ki, Fequli bu mövsüm 29 matçda 5 qol vurub və 5 assist edib.