05/04/2022
13:23
1575
| A A A
Galatasaray 6 futbolçusunu satışa çıxarır

Mövsümün sonunda heyətində köklü dəyişliklər aparmağı planlaşdıran Galatasaray-ın göndərəcəyi futbolçular müəyyənləşib.

Goal.az xəbər verir ki, artıq 6 futbolçunun yayda yola salınacağı demək olar ki, dəqiqdir.

Bunlar qapıçı Fatih Öztürk, müdafiəçi Semih Kaya, yarımmüdafiəçilər Arda Turan, Sofian Fequli, Erik Pulqar və hücumçu Rayan Babeldir.

Qeyd edək ki, Galatasaray Super Liqada 31 turdan sonra 41 xalla 13-cü pillədə qərarlaşıb.