Türkiyə Super Liqasının oyunu dumana görə təxirə salınıb
Türkiyə Super Liqasının XXXII turunda bu gün keçirilməsi planlaşdırılan Gaziantep - Trabzonspor oyunu təxirə salınıb.
Goal.az xəbər verir ki, buna qonaq komandanın sıx dumana görə səfərə yollana bilməməsi səbəb olub.
Əlverişsiz hava şəraiti ucbatından Trabzon hava limanındakı uçuşlar ertələnib. Qarşılaşma aprelin 9-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, Trabzonspor 31 oyundan sonra 71 xalla liderdir. 40 xala malik Gaziantep 14-cü sırada qərarlaşıb.