Galatasaray-ın prezidenti postuna daha bir namizəd
Galatasaray-ın prezidenti postuna namizədlərin sayı artıb.
Goal.az xəbər verir ki, İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq.
Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşib.
Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib.
Qeyd edək ki, klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.