10/04/2022
17:47
1582
| A A A
Galatasaray-ın yeni baş məşqçi hədəfi

Galatasaray baş məşqçisi Domenek Torrentlə yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, türkiyəli iş adamı Əşrəf Hamamçıoğlu “cim-bom”un prezidenti seçiləcəyi halda, ispaniyalı mütəxəssisi Galatasaray-dan göndərəcək.

Hamamçıoğlu hazırda işsiz olan fransalı məşqçi Rudi Qarsiyanı komandanın “sükanı arxasına” gətirməyi düşünür. İddiaya görə, 58 yaşlı mütəxəssislə şəxsi razılıq da əldə olunub.

Galatasaray-da prezident seçkiləri aprelin 23-də olacaq. (sportinfo)