Fenerbahçe İstanbul derbisini qazanıb
Türkiyə Super Liqasında 32-ci tura start verilib.
Goal.az xəbər verir ki, turun mərkəzi oyunu ötən gün keçirilib. Fenerbahçe cari mövsümdə işləri heç də yaxşı getməyən Galatasaray-la üz-üzə gəlib. İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Bu qələbədən sonra Fenerbahçe 59 xalla 2-ci sıraya yüksəlib. Galatasaray isə 41 xalla 14-cü pillədə qərarlaşıb.
Türkiyə Super Liqası, 32-ci tur
Fenerbahçe 2-0 Galatasaray
Zayç 26
Dursun 68