15/04/2022
18:40
1351
| A A A
Galatasaray-da baş məşqçi postuna yeni namizəd

Antalyaspor-un prezidenti Aziz Çətin komandanın baş məşqçisi Nuri Şahinin Galatasaray-a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, klub prezidenti bu iddiaları yalanlayıb:

“Nuri Şahin Antalyaspor-un baş məşqçisidir. Onunla beş illik müqaviləmiz var. Şahin heç bir yerə getmir. Bizim planlarımız var”.

Antalyaspor Şahinin rəhbərliyi altında keçirdiyi son 10 matçın heç birində uduzmayıb.

Galatasaray-ın son oyunlardakı uğursuzluğu səbəbindən baş məşqçisi Domenek Torrentlə yollarını ayıracağı, Nuri Şahinin “sükan arxasına” keçəcəyi ilə bağlı xəbərlər yayılıb. (sportinfo)