Namik Ələskərov Bursaspor-da növbəti qolunu vurub
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Bursaspor-da növbəti qolunu vurub.
Goal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə İstanbulspor-a qarşı keçirdikləri I Liqanın 32-ci tur matçında fərqlənib. O, 7-ci dəqiqədə Mert Yılmazın məhsuldar ötürməsindən sonra hesabı açıb.
Bu, Ələskərovun Bursa təmsilçisində 5-ci qolu olub. (report)