01/05/2022
13:24
897
| A A A
Trabzonspor Türkiyə çempionu olub

Türkiyə Super Liqasında 2021/2022 mövsümünün çempionu sona 3 tur qalmış müəyyənləşib.

Goal.az xəbər verir ki, XXXV turda evdə Alanyaspor-la 2:2 hesablı heç-heçə edən Trabzonspor sona 3 tur qalmış qızıl medalları təmin edib.

Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Andreas Kornelius açıb. 51-ci dəqiqədə Alassan Ndao bərabərlik qolunu vurub. 56-cı dəqiqədə Fredi Ribeyro Alanyaspor-un qazandığı penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində 62-ci dəqiqədə Dorukhan Toköz Trabzonspor-u yenidən önə keçirib. 80-ci dəqiqədə isə qonaq komandadan Haci Rayt yekun nəticəni müəyyənləşdirib.

Bununla da xallarını 77-yə çatdıran Trabzonspor ən yaxın izləyicisi Fenerbahçe-ni 9 xal geridə qoyaraq, tarixində 7-ci dəfə ölkə çempionu olub. "Zoğalı-mavilər" sonuncu dəfə 1983/1984 mövsümündə belə bir nailiyyətə imza atmışdılar. (report)