07/05/2022
10:00
1121
| A A A
Türkiyə Super Liqasını tərk edəcək komandalar məlum oldu

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir.

Goal.az xəbər verir ki, hesabat turunda Gaziantep doğma meydanda Kayserispor-la 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra xallarını 43-ə yüksəldən meydan sahibləri çempionatda qalmağı təmin edib.

Bununla yanaşı Super Liqanı tərk edəcək son iki komanda da müəyyənləşib. Rizespor və Altay mövsümün bitməyinə 3 tur qalmış ölkənin əsas liqası ilə vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Yeni Malatyaspor və Göztepe-nin Super Liqanı tərk edəcəyi dəqiqləşmişdi. (sportal)