12/05/2022
13:12
683
| A A A
Türkiyə Kubokunda digər finalçı bəlli olub

Futbol üzrə Türkiyə Kubokunda digər finalçı müəyyənləşib.

Goal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə Alanyaspor-la 1:1 hesablı heç-heçə edən Sivasspor həlledici qarşılaşmada Kayserispor-a rəqib olub.

Hesabı 78-ci dəqiqədə qonaqlardan Famara Dyedu açıb. Cəmi 10 dəqiqə sonra meydan sahibləri Hakan Arslanın qolu ilə tarazlığı bərpa ediblər. Alanyadakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi iki görüşün nəticəsinə (3:2) əsasən, adını finala yazdırıb.

Qeyd edək ki, Türkiyə Kubokunda final matçı mayın 26-da keçiriləcək. (report)