Qarabağ-a məxsus hücumçu Ankaragücü-nün son oyunlarını buraxacaq
İcarə əsasında Ankaragücü klubunda çıxış edən Qarabağ-ın futbolçusu Ovusu Kvabena Türkiyənin I Liqasında mövsümün son iki oyununu buraxmalı olacaq.
Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu Boluspor və Keçiörengücü-nə qarşı görüşlərdə iştirak etməyəcək. O, "Ostim Radio" idman proqramında iştirak etdikdən sonra ağır xəstəlik keçirib.
Kvabenanın müqaviləsi mövsümün sonunda başa çatacaq. Qanalı forvardın gələcək taleyinə hələ aydınlıq gəlməyib. Klubun onu Qarabağ-dan birdəfəlik transfer edəcəyinə ümidvar olduğu bildirilir. Futbolçunun azarkeşlərin sevimlisi olduğu və çıxışı ilə rəhbərliyi qane etdiyi vurğulanır.
Qeyd edək ki, bu mövsüm Ovusu Kvabena 23 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. (report)