27/05/2022
15:55
1159
| A A A
Türkiyə klubunda baş məşqçi ayrılığı

Fatih Karagümrük baş məşqçi Volkan Dəmirəllə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü məlumat verib. O, klub rəhbərliyi ilə görüşərək, qarşılıqlı anlaşma ilə Fatih Karagümrük-dən ayrılıb.

Qeyd edək ki, Fatih Karagümrük son mövsümdə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.