Türkiyə klubunda baş məşqçi ayrılığı
Kayserispor baş məşqçi Hikmet Karamanla yollarını ayırıb.
Goal.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Karaman 2021-ci ildən komandaya rəhbərlik edib. Kayseri təmsilçisi mövsümü 47 xalla 14-cü pillədə başa vurub.