Super Liqaya vəsiqə qazanan sonuncu klub bilindi
Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.
Goal.az xəbər verir ki, İstanbulspor əsas çempionata vəsiqəni təmin edib.
Komanda pley-off mərhələsinin finalında Bandırmaspor-u 2:1 hesabı ilə yenib.
Qeyd edək ki, daha əvvəl Ankaragücü və Ümraniyespor Superliqaya vəsiqə əldə edib.