05/06/2022
14:36
1598
| A A A
Kayserispor-un yeni baş məşqçisi müəyyənləşdi

Kayserispor yeni baş məşqçisinin adını açıqlayıb.

Goal.az xəbər verir ki, Hikmət Karamanla yollarını ayıran Super Liqa komandasının baş məşqçi postuna Ömər Ərdoğan gətirilib. 2021/2022 mövsümünə qədər Hatayspor-u çalışdırmış Ərdoğan Kayseri təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Kayserispor son mövsümdə çempionatı 14-cü sırada başa vurub. Komanda Karamanın rəhbərliyi altında Türkiyə kubokunun finalında Sivasspor-a məğlub olmuşdu.