06/06/2022
16:44
1308
| A A A
Türkiyə klubu Qarabağ-ın futbolçusu ilə vidalaşıb

Türkiyənin Ankaragücü klubu Qarabağ-ın futbolçusu Ovusu Kvabena ilə vidalaşıb.

Goal.az xəbər verir ki, Türkiyə Super Liqasına vəsiqə qazanan komanda 25 yaşlı hücumçu ilə yanaşı, daha 10 oyunçu ilə yola davam etməməyi qərara alıb.

Klub həmin futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında Ankaragücü-nün formasını geyinmiş Ovusu Kvabenanın Qarabağ-la 2023-cü ilin yayınadək müqaviləsi var. O, Türkiyə I Liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.(report)