Türkiyə klubunda yeni baş məşqçi
Kayserispor klubunun yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, Superliqa təmsilçisini Çağdaş Atan çalışdıracaq.
42 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022/23 mövsümünün sonuna qədərdir.
Çağdaş Atan 2017-ci ildə bu komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib.