Galatasaray-ın baş məşqçisi istefaya göndərilib
Galatasaray-ın baş məşqçisi Domenek Torrenlə yollarını ayırıb.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni pozub.
60 yaşlı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Torreni "Cim-Bom"un sabiq futbolçusu Okan Burukun əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Domenek Torren bu ilin yanvarında Galatasaray-ın sükanı arxasına keçmişdi. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi var idi. (report)