25/06/2022
12:45
1284
| A A A
Beşiktaş-dan 92 milyonluq müqavilə

Türkiyənin Beşiktaş klubu yeni sponsorluq müqaviləsi imzalayıb.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi "Beko" şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Müqaviləyə əsasən şirkətin adı Beşiktaş-ın formasınnı arxa hissəsində yer alacaq. "Qara qartallar" bu anlaşmadan 3 il ərzində 92 milyon lirə (təxminən 9 milyon manat) qazanacaq. (sportal)