11/07/2022
19:24
2058
| A A A
Fenerbahçe Özillə bağlı son qərarını verdi — RƏSMİ

Fenerbahçe futbolçusu Mesut Özillə yollarını ayırıb.

Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ilin yanvarında İstanbul təmsilçisi ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.