15/07/2022
20:43
1136
| A A A
Super Liqa klubundan daha 2 transfer

Türkiyənin Ankaragücü klubu heyətini yeni futbolçularla gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi qambiyalı hücumçu Ali Sou və braziliyalı sol cinah müdafiəçisi Marlon Xavyeri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ali Sou Rusiyanın Rostov klubundan icarəyə götürülüb. 28 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Türkiyə klubunda icarədə oynayacaq.

Kayrerasına İtaliyanın Chievo klubunda başlayan Sou, sonralar Juve Stabia, Pescara, Latina, Modena, Lecce, Prato, Vibonese, Skenderbeu və CSKA Sofia kimi komandalarda da forma geyinib. Qambiyalı futbolçu 2021-ci ildən “Rostov”da forma geyinirdi. Forvard Qambiya yığmasında da 5 oyuna çıxıb.

Braziliyanın Fluminense klubundan transfer olunan Marlon Xavyerlə də 2 illik müqavilə imzalanıb. 2017-ci ildən sözügedən klubun uğurları üçün çalışan futbolçu, 2019/20 mövsümündə Boavista, 2020/21 mövsümündə isə Trabzonspor-da icarədə oynayıb. (komanda)