17/07/2022
21:53
1168
| A A A
Konyaspor-dan daha iki transfer

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqanın son mövsümündə bürünc medallara sahib çıxan bu komanda Kosta Rikadan olan mərkəz müdafiəçisi Fransisko Kalvo və türkiyəli hücumçu Məhəmməd Dəmiri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dəmir 2, Kalvo 2+1 illik müqaviləyə imza atıb.

Fransisko Kalvo son olaraq ABŞ-ın “San Xose Ertveyks” klubunda forma geyinib. 30 yaşlı mərkəz müdafiəçisi Kosta Rika yığmasında 74 oyun keçirib, 8 qol vurub.

Məhəmməd Dəmir isə son olaraq Super Liqanın digər təmsilçisi “Qaziantep”də forma geyinib. 30 yaşlı forvard 2019-cu ildən formasını geyindiyi “Qaziantep”də ötən mövsüm 32 oyuna 6 qol vurub. Məhəmməd vaxtilə Türkiyənin əsas millisində də 2 oyun keçirib.