19/07/2022
17:57
3248
| A A A
Məşhur futbolçu karyerasını bitirdi

Türkiyə millisinin sabiq üzvü Mehmet Topal karyerasını bitirib.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi 36 yaşında bu qərarı alıb.

Son olaraq Beşiktaş-da çıxış edən Topal daha əvvəl Galatasaray, Valencia, Fenerbahçe, Başakşehir kimi komandaların formasını geyinib. O, karyerası ərzində 563 matçda 38 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehmet 94 dəfə də Türkiyə millisi ilə oyuna çıxıb.