17/08/2022
19:20
1684
| A A A
Beşiktaş-da ağır itki

Beşiktaş ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin əlcəzairli yarımmüdafiəçisi Raşid Gezzal sıradan çıxıb.

O, Super Liqanın 2-ci turu çərçivəsində baş tutan Alanyaspor-la səfər oyununda (3:3) ayağından zədələnib. Komandasının ilk yarıda vurduğu 3-cü qolun müəllifi olan 30 yaşlı vinger, ikinci hissədə məcburi əvəzlənməli olmuşdu. Klubdan verilən məlumata görə, Gezzalın müalicəsi iki həftə davam edəcək.