31/08/2022
23:24
956
| A A A
Konyaspor-da yeni transfer

Konyaspor klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Hatayspor-da forma geyinən Mame Diufu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent kimi gələn 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 99 nömrəli formanı geyinəcək.

Mame Diuf 2020-ci ildən Hatayspor-da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 2 mövsüm ərzində 75 oyuna çıxıb, 31 qol və 8 məhsuldar ötürmə müəllifi olub.