10/09/2022
20:32
1200
| A A A
Galatasaray futbolçusunu icarəyə verdi

Galatasaray futbolçusu Oğulcan Çağlayanı icarəyə göndərib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Giresunspor-da davam etdirəcək. Onunla 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Oğulcan 2020-ci ildən oynadığı Galatasaray-da cəmi 29 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.