Mesut Özil əməliyyat olundu
Başakşehir-in yarımmüdafiəçi Mesut Özil əməliyyat olunub.
Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçu belində yaranmış problemlə əlaqədar əməliyyat masasına uzanmaq məcburiyyətində qalıb. Bu gün baş tutan və 3 saat sürən əməliyyatın uğurlu keçdiyi diqqətə çatdırlıb. Özilin bu zədəyə görə azı 3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.