Yılmaz Vuralın yeni klubu bilindi
Türkiyənin 1-ci liqasında mübarizə aparan Yeni Malatyaspor-a yeni baş məşqçi təyin olunub.
Goal.az xəbər verir ki, Malatya təmsilçisini bundan sonra Yılmaz Vural çalışdıracaq.
69 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Yeni Malatyaspor TFF 1-ci liqada 15 xalla 19 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Türkiyədə bir çox klubda çalışmış Yılmaz Vuralın son iş yeri Erzurumspor olub.