05/01/2023
22:47
1543
| A A A
Galatasaray-a vurulan qolu saymayan hakim karyerasını bitirdi

Türkiyəli hakim Özgüc Türkalp karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Referi Super Liqanın XV turunda keçirilən Sivasspor - Galatasaray matçının VAR hakimi idi. O, meydan sahiblərinin ikinci hissədə vurduğu ilk qolu ləğv etmişdi.

Türkiyə Futbol Federasiyası (TFF) Galatasaray-ın qələbəsiylə başa çatan görüşdə (2:1) Sivas təmsilçisinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI